AZ

Regionda müharibələrə son qoyulması Türkiyə diplomatiyasının prioritetidir - Hakan Fidan

Bakı. Trend:

Regionda müharibələrə son qoyulması Türkiyə diplomatiyasınınprioritetidir. Bu, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanınmövqeyini əks etdirir.

Trend xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziriHakan Fidan “Habertürk” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki böhran və Ukraynada tökülənqanlar dünyada parçalanmanı artırır, qlobal qarşıdurma qütbləriniformalaşdırır.

Hakan Fidan qeyd edib ki, Ukrayna ətrafında yaranmış böhranınnəticələrindən biri Rusiya Federasiyası, Şimali Koreya, Çin vəİranın yaxınlaşması, bu ölkələrin “tərəfdaşlığının strukturlaşması”olub.

Türkiyəli nazir əmin edib ki, Ankara Ukraynada qan tökülməsinidayandırmaq üçün diplomatik səylərə hər cür dəstəyi verməyəhazırdır.

Diplomatiya rəhbəri bildirib ki, bu yaxınlarda Rusiya PrezidentiVladimir Putinlə görüşündə Ukraynada sülh mövzusunu müzakirə edib.“Rusiyada keçirilən bütün görüşlərdə mən artıq 500 mindən çoxinsanın həlak olduğu, infrastrukturun dağıdıldığı, milyonlarlainsanın evlərini tərk etdiyi, Rusiya ərazilərinə də zərbə zonasınınyayılmağa başladığı Ukraynaya sülhsevər yanaşmanın vacibliyini qeydetdim”, -deyə Türkiyənin xarici işlər naziri bildirib.

Hakan Fidan Ukraynada müharibənin ilkin mərhələsində və bu günistifadə edilən silah növləri arasında paralellər aparıb. “Tamamiləfərqli məhvetmə diapazonu var. Qan tökülməsi davam etdikcə,tərəflər getdikcə daha da ölümcül silahlardan istifadə edərək döyüşmeydanında vəziyyəti dəyişməyə çalışacaqlar. Təəssüf ki, nüvəsilahından istifadə riski istisna olunmur, Üçüncü Dünya müharibəsitəhlükəsi də gündəmdən çıxarıla bilməz”, - deyə türkiyəli nazirbildirib.

Aparıcının Ukrayna ilə bağlı İstanbul prosesinin bərpa olunmaehtimalı haqqında sualına cavab verən Fidan qeyd edib ki, hər şeytərəflərin siyasi iradəsindən asılıdır. Vəziyyətə ayrı-ayrı Qərbölkələrində “kritik seçki prosesləri” də təsir edir.

“Düşünürəm ki, Avropa və ABŞ-da keçiriləcək seçkilərdən sonraçox şey aydınlaşacaq. Türkiyəyə gəlincə, biz də öz tərəfimizdənUkrayna ilə bağlı bütün mümkün vasitəçilik imkanlarından istifadəetməyə hazırıq”, - deyə nazir əmin edib.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri iyulda Qazaxıstandakeçiriləcək ŞƏT sammiti çərçivəsində Türkiyə və Rusiya liderlərininşəxsi görüşünün mümkünlüyünü istisna etməyib.

Ankaranın Avropa Birliyinə (Aİ) daxil olması ilə bağlı dialoqmövzusunu şərh edən Fidan bildirib ki, bir çox avropalısiyasətçilər uzun illərdir “Avropaya yad mədəniyyətin” daşıyıcısıkimi Türkiyədən uzaqlaşmaq zərurətinə dair təhrif olunmuş fikirlərsəsləndirir. “Bu kateqoriyadan olan siyasətçilərin fikrincə,Ankaranın Aİ-yə üzvlüyünün müzakirəsi millətçilər arasındanarazılıq yarada və Qərbdə sağçıların mövqelərini gücləndirəbilər”, -deyə türkiyəli nazir vurğulayıb.

O əlavə edib: “Lakin fakt bundan ibarətdir ki, “qeyri-Avropa”məzmunlu hər şeyi rədd etmək siyasəti təkcə Avropa İttifaqınınözünün dəyərlərinə zidd deyil, həm də artıq bu qitənin özündə millivə dini azlıqların hüquqlarının çoxsaylı pozulmasına, sağçıhisslərin artmasına səbəb olub. Bunu Avropanın müxtəlif ölkələrindəkeçirilən seçkilərin nəticələri də sübut edir”, –deyə diplomatiyarəhbəri qeyd edib.

Türkiyəli nazirin sözlərinə görə, Avropa liderlərinin Türkiyəyəmünasibəti və populizmə arxalanması kökündən yanlışdır. O bildirib:“Təəssüf ki, bugünkü Avropada siyasətçilər geosiyasi prioritetlərvə çağırışların real həlli yollarından daha çox öz karyeralarıhaqqında düşünürlər”.

Diplomatiya rəhbəri Qərbdəki sağçı qüvvələri Türkiyənin millitəhlükəsizliyinə və türk diasporuna təhdid adlandırıb.

Hakan Fidan daha sonra Ankaranın bölgədə terror təhlükəsi iləmübarizə vizyonunu bölüşüb.

O qeyd edib ki, Türkiyənin ABŞ, Böyük Britaniya və Fransa kimiölkələrlə dialoqunda Suriyada fəaliyyət göstərən terrorçularlamübarizə kontekstində problemlər var. “Bu üç ölkə PKKterrorçularının Suriya qanadı YPG ilə təmaslarına açıq şəkildə haqqqazandıra bilməz”, - deyən Fidan Türkiyənin cənub sərhədlərindəterror təhlükəsinin tamamilə aradan qaldırılması məsələsindəAnkaranın mövqeyinin sarsılmaz olduğunu vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
4
az.trend.az

5Mənbələr