AZ

“Trading Economics”: Azərbaycanda orta aylıq əməkhaqqı 1135 manata çatacaq

Beynəlxalq iqtisadi statistika portalı olan “Trading Economics” Azərbaycanda orta aylıq əməkhaqqı ilə bağlı proqnozunu açıqlayıb.

“Trading Economics” bu ilin ikinci rübündə Azərbaycanda orta aylıq əməkhaqqı üzrə proqnozunu 965 manatdan 1000 manata, üçüncü rüb üzrə 975 manatdan 1010 manata, dördüncü rüb üzrə 980 manatdan 1040 manata kimi artırıb. Portal hesab edir ki, 2025-ci ilin ilk rübündə Azərbaycanda orta aylıq əməkhaqqı 1080 (əvvəlki proqnoz 987 manat) manata çatacaq.

“Trading Economics” qlobal makro modelləri və analitiklərin gözləntilərinə əsasən, Azərbaycanda orta aylıq əməkhaqqı 2025-ci il üzrə ümumilikdə 1110 manat, 2026-cı ildə isə 1135 manat proqnozlaşdırılır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, bu ilin yanvar-may aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1007,5 manat təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
50
banker.az

10Mənbələr