AZ

Pensiya xərcləri bu qədər artırıldı

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Publika.az xəbər verir ki, sənədi parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

2024-cü ilin ötən dövrü üzrə ölkə iqtisadiyyatının artım templəri nəzərə alınmaqla əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində aparılan ardıcıl tədbirlər icmal büdcənin mühüm tərkib hissəsi kimi “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsini zəruri edib.

Qanuna dəyişikliklərin edilməsinə ehtiyacın yaranması əsasən Dövlət Sosial Müdafiə Fondunun gəlir mənbələri üzrə məcburi dövlət sosial sığorta haqlarında daxilolmaların faktiki icrasının yüksək artımla yerinə yetirilməsi ilə əlaqədardır.

İqtisadiyyat Nazirliyi tərəfindən 2023-cü ildə təqdim edilmiş məlumatlarda 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980 manat göstərilib, dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən isə bu göstəricinin 990 manat olması proqnozlaşdırılır.

Belə ki, qeyri-büdcə sektorunda əməkhaqqı artımları, habelə aparılan şəffaflaşdırma tədbirləri nəticəsində əldə olunan ümumi artım tempi və ilin növbəti aylarında baş verə biləcək gözləntilər və risklər nəzərə alınmaqla dəyişiklik layihəsində qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmarın məbləği artırılıb.

Bunu nəzərə alaraq, DSMF-nin 2024-cü il üçün büdcəsində qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləği dürüstləşdirilərək 190 milyon manat artırılaraq 3387,1 milyon manatdan 3577,1 milyon manata çatdırılması məqsədəmüvafiq hesab olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
7
publika.az

10Mənbələr