AZ

Avro-2024:Bu gün daha 2 qrupda mübarizəyə yekun vurulacaq

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün daha 4 oyun keçiriləcək.

C və D qruplarında da mübarizəyə yekun vurulacaq.

Günün ilk matçları D qrupunda olacaq. Fransa millisi Polşanı, Niderland yığması isə Avstriyanı sınağa çəkəcək. Görüşlər Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu qrupda Polşa seçməsindən başqa, digər 3 komandanın hər birinin 1/8 finala yüksəlmək şansı var.

C qrupunda isə İngiltərə Sloveniya ilə, Serbiya isə Danimarka ilə qarşılaşacaq. Matçlar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qrupda hər bir yığmanın pley-off şansı davam edir.

Qeyd edək ki, Avropa çempionatında daha əvvəl Almaniya, İsveçrə, İspaniya və İtaliya seçmələri 1/8 finala vəsiqəni təmin ediblər(azərtac).

 

Seçilən
114
6
azpost.info

6Mənbələr