AZ

Erməni Apostol Kilsəsinin düşmənçiliyi ən çox Azərbaycan xalqına edilib - Deputat

Erməni Apostol Kilsəsinin düşmənçiliyi ən çox Azərbaycan xalqına edilib. Bunu deputat Zahid Oruc deyib. 

"Hamıya bəllidir, Erməni Apostol Kilsəsinin düşmənçiliyi ən çox xalqımıza edilib. Biz Razdan meydanında İskəndər raketləri və ordudan qabaqda gedən keşiş kolonunu da  görmüşük, 1-ci və 2-ci Qarabağ müharibələrində erməni əskərlərinə xeyir-dua verən, onları təcavüzə, qəddarlığa, kütləvi qırğınlara səsləyən qara xaçlı komandirləri də unutmamışıq.
Əgər qətllər törədən hərbçiyə Böyük Tiqran ordeni və qəhrəmanlıq medalları verilirdisə, kilsə xadimlərinə də episkopluqdan Patriarxlığa qədər bəxş olunan dini rütbələr məhz işğalın mükafatlarıdır. Əlləri təkcə azərbaycanlı xalqının deyil, öz millətinin də qanına batanlar din xadimi  sayıla bilməzlər. Kilsə dövlətə çevrilib düşmənçilik yaymaqla Erablur məzarlığını qazanıb. Dəfn kontorları kimi çalışan, hərbi qərarlar imzlayan Patriarxat və kilsə indi hakimiyyəti təkbaşına ələ almaq iddiasındadır. Görün, bir xalq onu məğlubiyyətə gətirən koçaryanlara, sarkisyanlara nə qədər nifrət edir ki, bir keşişin ətəyindən asılı qalıb. Əsil faciə budur”, - deputat iyunun 25-də Milli Məclisdə çıxışında bildirib. 

Deputat söyləyir ki, eməni rəsmiləri artıq Azərbaycanın 100 illər boyu dediklərini təsdiqləyir. 

"Artıq erməni rəsmiləri də xalqımızın 100 illərlə dediklərini təsdiqləyir. İlk növbədə, erməni Baş nazir "tarixi, mifik yox, real Ermənistan” deyir,  "dövlət kilsədən ayrılmalıdır”, söyləyir. Qalır təkcə soyqırım əsarəti. Ondan da xilas etsə, Paşinyan milli çevriliş edəcək. Biz yardım göstərməliyik ki, o, missiyasını axıra çatdırsın. Hakim partiyadan deputat Arsen Torosyan, "1700 ildir erməni dövlətçiliyinin məhvinə səbəb olan kilsənin mif və stereotiplərini məhv etməliyik”, söyləyir. İqtidaryönlü "Baqramyan-26” teleqram kanalı yazır: "düşmənçilik və nifrət yayanlar xristianlığı və müqəddəsliyi təmsil etmirlər”. Bəli, hər sözünə qatılırıq. Lakin Paşinyanı xaç və qılıncla devirməyə çalışanlar  hakimiyyətə gəlsələr, onda keşişlərin qələbəsi erməni xalqının məğlubiyyəti, yaxud Varfolomey gecəsi olacaq. Çünki Katalikos sülhü yox, müharibəni təmsil edir”, - deputat bildirib. 

Deputat hesab edir ki, bir kilsə sülhə xidmət etmirsə o Allaın evi deyil, hərbi-siyasi qərargah ola bilər.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
8
anews.az

10Mənbələr