AZ

“Nar” ənənəsinə sadiq qalır

Son yeniləmə: 25 İyun 2024 06:20 BAYRAQDAR MEDİA – “Nar” ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentləri hər il olduğu kimi bu il dəmükafatlandıracağını elan edir. Ən yüksək nəticə göstərən gənclər mobil operator tərəfindən xüsusi mükafatlarla təltif olunacaqlar.BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, müasir təhsildə texnologiyanın gücünə inanan“Nar” tezliklə universitet tələbələrini daha rahat ünsiyyət üçün smartfonlar və yüksək məbləğdə balansı olan xüsusi mobil nömrələrlə mükafatlandıracaq. Bu hədiyyələr tələbələrin universitet həyatına daha rahat inteqrasiyasını təmin edəcək və onlar üçün yeni öyrənmə imkanları açacaq.“Nar” 2018-ci ildən etibarən qəbul imtahanlarında maksimum bal toplayan tələbələri mükafatlandırır. Mobil operator BMT-nin davamlılıq məqsədlərinə uyğun olaraq, KSM strategiyasının əsas istiqaməti kimi təhsilə dəstəyə xüsusi diqqət göstərir və bu gün təhsili təşviq etməklə sabahın daha parlaq gələcəyinə töhfə verir. “Nar”ın həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat üçün nar.az saytına daxil ola bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
36
bayraqdar.info

10Mənbələr