AZ

Fransa xaosun ASTANASINDA: Makron “vətəndaş müharibəsi” XƏBƏRDARLIĞI etdi

Fransa prezidenti Emmanuel Makron birinci turu iyunun 30-da keçiriləcək növbədənkənar seçkilərdən əvvəl ifrat sağçı və ifrat solçu partiyaların proqramlarının ölkəni “vətəndaş müharibəsi”nə sürükləyə biləcəyini bildirib.

Yenicag.az xəbər verir ki, Makron canlı yayımında rəqib partiyaların seçki vədlərini dəyərləndirib.

Makron bildirib ki, ifrat sağçı lider Marine Le Penin partiyası Milli Birlik (RN) və ifrat solçu “İtaətsiz Fransa” (LFI) partiyasının siyasi proqramları ölkəni vətəndaş müharibəsinə apara bilər.

Təhlükəsizliyə qarşı ifrat sağın təklif etdiyi həll yolunun cəmiyyəti parçaladığını və ölkəni vətəndaş müharibəsinə sürüklədiyini bildirən Makron LFI-nin Fransa üçün bir növ “kommunitarizm” təklif etdiyini bildirib. Makron belə bir vəziyyətdən sonra ölkədə vətəndaş müharibəsinin başlaya biləcəyini iddia edib.

Makron rəqibləri olan RN və LFI-nın vətəndaşların real problemlərinə, qəzəbinə və narahatlıqlarına cavab verdiyini etiraf edərkən, bu partiyaların ölkədəki “münaqişəni” artırmaqla təklif etdiyi həll yolunu səhv tapdığını bəyan edib.

Qeyd edək ki, Avropa Parlamenti (AP) seçkilərinin Fransa mərhələsində RN 31,37 faiz səslə böyük fərqlə birinci, prezident Makronun partiyası Rönesans isə 14,60 faiz səslə ikinci olub.

AP seçkilərinin nəticələrinin açıqlanmasından sonra Makron iyunun 9-da parlamenti buraxıb və 30 iyun-7 iyul tarixlərində növbədənkənar seçkilərin keçirilməsi qərarını açıqlayıb.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
yenicag.az

3Mənbələr