AZ

Kanadada meşə yanğını, həbsxana təxliyə olunub

   Kanadanın Kvebek əyalətinin Kot-Nord bölgəsindəki “Port-kartier” yüksək təhlükəsizlikli həbsxanasında meşə yanğınları səbəbindən məhbuslar təxliyə edildi.

   Kanada Cəzaçəkmə Müəssisəsinin rəsmiləri Kvebek əyalətində günlərdir davam edən meşə yanğınları üzündən 21 iyun günü Kot-Nord bölgəsində fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

   Səlahiyyətlilər yanğınlarla əlaqədar dustaqların müxtəlif zindanlara göndərildiyini açıqlayıblar. Məhbusların təhvil verilməsi üçün lazımi tədbirlərin görüldüyü qeyd olunub. 

Təxminən 1000 yerli sakininin də bölgədən təxliyə olunacağını bildirilib. 

   Meşə yanğınlarının bölgəyə təsiri davam etməkdədir.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
3
trt.net.tr

4Mənbələr