AZ

ABB-də səhm sahibi olmaq vətəndaşlarımız üçün çox böyük qazanc fürsətidir - Abbas İbrahimov

Bakı. Trend:

Müsahibimiz ABB-nin İdarə Heyətinin sədri Abbasİbrahimovdur:

- Abbas müəllim, bu günlərdə ABB-nin səhmlərinə abunəyazılışı başlandı. Bankın yeni səhmlərinin buraxılması və kütləvişəkildə vətəndaşlara təklif edilməsi hansı zərurətdən irəligəlir?

- Kütləvi təklif üsulu ilə ABB-nin yeni səhmlərinin emissiyasıAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cüil 31 avqust tarixli müvafiq Sərəncamının icrası çərçivəsindəhəyata keçirilir. Bildiyiniz kimi, sözügedən Sərəncamda dövlətmüəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlıtədbirlər nəzərdə tutulur. Bu dövlət qurumlarından biri də ABB-dir.Əsas məqsəd vətəndaşlarımızın ABB-nin idarə edilməsində iştirakınıngenişləndirilməsi, ən mühümü isə ölkəmizdə qiymətli kağızlarbazarının inkişafıdır. Ölkəmizdə ilk dəfədir ki, bu miqyasda vəformatda səhmlərin kütləvi təklifi həyata keçirilir. Bu tarixiaddımı atmaqdan qürur duyuruq.

- Özəl investisiyaların cəlbi ABB-yə nəverəcək?

- Biz Bankımızın fəaliyyəti haqqında mütəmadi hesabatlarımızı,məlumatlarımızı şəffaf qaydada tez-tez bütün maraqlı tərəflərləbölüşürük. Bu hesabat və məlumatlarımızdan da görünür ki, ötən birneçə il ərzində ABB necə böyük inkişaf yolu keçib. Bankımızınkapital mövqeyi güclənib, səmərəli fəaliyyəti təmin olunub. Bu günABB müasir korporativ standartlara uyğun idarə edilir. Çox genişmiqyasda rəqəmsallaşdırma layihələri həyata keçirmişik. Kredit,risk, kadr siyasətinin təkmilləşdirilməsi, xidmət şəbəkəsinininkişafı istiqamətində də ciddi nailiyyətlərimiz var.

Bankçılıq xidmətlərini tam rəqəmsallaşdırmışıq. Müştərilərimizinmaliyyə ekosisteminə aid digər ehtiyaclarını da qarşılamaq üçünyeni uğurlu rəqəmsal investisiya və sığorta biznesi qurmuşuq.

İnkişaf strategiyamıza uyğun olaraq həm mövcud bizneslərimizüzrə böyümək, həm də yeni bizneslərə daxil olmaq hədəflərimiz var.İlin sonunadək ABB yeni müştəri seqmentinə, kiçik bizneslərə özyeni rəqəmsal həlli ilə xidmət göstərməyə başlayacaq. Bankımızaözəl investisiyaların cəlbi bu inkişaf proseslərini daha dasürətləndirəcək və miqyasını genişləndirəcək. Əlavə kapitalın cəlbiABB-nin daha da böyüməsinə şərait yaradacaq. Xüsusilə real sektorunmaliyyələşdirilməsində yeni imkanlar açacaq.

- ABB-nin uğurlu fəaliyyətini bir neçə rəqəmlə necəifadə edə bilərsiniz?

- ABB ötən ilin nəticələrinə əsasən, ölkənin ən mənfəətli bankıolub, Beynəlxalq Mühasibat Uçotu Standartları əsasında hazırlanmışhesabatlara görə, Bankımız səhmdarlarımıza 380 mln. AZN mənfəətqazandırıb. Aktiv müştərilərimizin sayı son 3 ildə 2 dəfə artıb.Bankın kapital adekvatlığı 21 faizdir, bu isə requlyativ tələbi 9faiz bəndi üstələyir.

Rəqəmsal həllərimiz nəticəsində bu gün Bankda satılankreditlərin və kartların 60%-ə yaxını, korporativ müştərilərimizinəməliyyatlarının isə 95%-ə qədər hissəsi tam rəqəmsal formada,filiallardan kənar, yəni müştərilərlə təmassız həyata keçirilir. Bugün bankımızda xərclərin gəlirlərə nisbəti əmsalı 39%-dir. Bu isədünyada ən effektiv çalışan kommersiya banklarının ortagöstəricisindən aşağıdır. Yəni, bütün bunlar onu göstərir ki, sonillər ABB komandasının gördüyü işlər Bankımızı daha sağlam,səmərəli, effektiv və rəqabətli edib. Bütün uğurlarımızınmərkəzində ABB komandasının hər bir üzvünün əməyi var.

Digər bir maraqlı nəticəmizi də sizinlə bölüşüm. Bəzən müştərisayı artdıqda, həmin müştərilərə xidmət keyfiyyəti tədricən azalır.ABB-də isə bu, belə deyil. Əksinə, bir neçə ildir Net PromoterScore, yəni Tövsiyyə Sorğusu göstəricimiz hər il daha dayaxşılaşır. Bu yaxınlarda, müstəqil marketinq araşdırmalarışirkətinin apardığı sorğu nəticəsində ABB ən yüksək göstərici ilə -64.8%-lik nəticə ilə banklar arasında Tövsiyə Çempionu olub.Müştərilərimiz öz dostlarına, qohumlarına, tanışlarına bankımızıəminliklə tövsiyə edirlər. Sorğunun nəticələri barədə mətbuataəlavə açıqlamalarımız olacaq.

- ABB-nin nə qədər səhmi satışa çıxarılır?

- Hazırda dövriyyədə ABB-nin 4,5 mlrd. ədəddən artıq səhmi var.Bu səhmlərin 96,37%-i dövlətimizə, qalan hissəsi isə özəlinvestorlara məxsusdur. ABB səhmlərinin kütləvi təklifiçərçivəsində dövriyyəyə daha 322 000 000 ədəd səhmin buraxılması vəinvestorlara satılması nəzərdə tutulur. Bir səhmin nominal qiyməti27 qəpikdir. Hər bir investor kiçik məbləğlə, yəni 100 ədəd səhmdənbaşlayaraq ABB-nin səhmlərini ala bilər. Bu, hər bir Azərbaycanvətəndaşının ABB-də səhm sahibi olmasına imkan verir.

- Bəs nə qədər yeni investor cəlb etməyihədəfləyirsiniz?

- Hədəfimiz on minlərlə yeni investor cəlb etməkdir. Sərəncamınniyyətindən irəli gələrək, iri özəl investorların deyil, məhz kiçikpay sahiblərinin cəlbinə çalışırıq. Prosesə “ABB Bizik” şüarlı imicfilmi ilə başlamağımız, abunə yazılışının startını “Mərkəzdən hərkəsə!” sloqanı ilə elan etməyimiz də məhz bu məqsəddən irəli gəlir.İstəyimiz Azərbaycan vətəndaşlarına tamamilə yeni, alternativinvestisiya aləti təqdim etməkdir, eyni zamanda kapital bazarınıncanlanmasına öz töhfəmizi verməkdir. Təsəvvür edin ki, cəmi 27manatdan başlayan kiçik bir investisiya ilə hər kəs indiyə qədərxidmət aldığı, inandığı, dəyər verdiyi Bankda, ölkənin ən böyükbankında pay sahibi olur. Bankın idarə olunmasında səhmdar kimiiştirak edir, mənfəətindən qazanır.

- Emissiya prosesi başa çatdıqdan sonra nizamnaməkapitalının strukturunda səhmdarların pay bölgüsü necəolacaq?

-Azərbaycan dövləti yenə ABB-nin əsas böyük səhmdarı kimiqalacaq. Özəl investisiyaların cəlb edilməsi prosesi tamamiləyekunlaşdıqdan sonra, dövlətin iştirak payı 90%-dək azalacaq. Özəlinvestorların payı isə 10%-dək artacaq.

- Səhmləri necə almaq olar?

-ABB-nin səhmlərini, ilk növbədə, ABB mobile tətbiqi ilə sifarişvermək mümkündür. Qeyd edim ki, ABB bu sahədə də mühüm bir ilkəimza atdı. Ölkəmizdə ilk dəfə olaraq səhmlərə rəqəmsal platformavasitəsilə abunə yazılışına şərait yaratdıq. Faydalı rəqəmsaltəcrübənin vətəndaşlarımız arasında daha çox yayılması üçün əsasarzu və gözləntimiz səhm sifarişlərinin məhz ABB mobile tətbiqivasitəsilə edilməsidir. İnvestorlar üçün ən rahatı və sadəsi budur.Vaxt itirib heç yerə getmədən cəmi bir neçə toxunuşla ABB mobiletətbiqi üzərindən Bankın səhmlərinə abunə yazılışı üçün sifarişyerləşdirmək olar.

Təbii ki, alternativ satış kanallarından istifadə etmək istəyənvətəndaşlarımız yenə var və biz onları da nəzərə almışıq. ABB-ninsəhmlərinə Bankımızın filiallarında, həmçinin “ABB İnvest” şirkətivə ölkəmizdəki bütün digər investisiya şirkətləri vasitəsilə dəabunə yazılmaq mümkündür. Kanalları genişləndirmək üçüntərəfdaşlarla müzakirələrimiz yenə davam edir. Bu barədəyeniliklərimiz olduqca məlumat veriləcək.

Onu da qeyd edim ki, ABB səhmlərinə investisiya imkanlarını dahaəlçatan etmək məqsədilə Milli Depozit Mərkəzi, Bakı Fond Birjası vəinvestisiya şirkətləri investorlar üçün bütün komissiyaları ləğvedib. Fürsətdən istifadə edib, proses zamanı bizə dəstək göstərənAzərbaycan Mərkəzi Bankına, Azərbaycan İnvestisiya Holdinqinə vəbütün tərəfdaşlarımıza təşəkkür edirik.

- İyunun 11-dən indiyə qədər artıq nə qədər investorsifariş yerləşdirib?

- Hazırda ABB-nin 1800-ə yaxın özəl səhmdarı var. Təsəvvür edinki, qısa müddət ərzində artıq üç dəfə bundan artıq sayda, 6000-dənçox investor öz sifarişlərini yerləşdirib. Bu, Bankımızınsəhmlərinə olan böyük marağı göstərir. Qeyd etdiyim kimi, hədəfimizodur ki, Bankımıza on minlərlə yeni investor cəlb edək.

- ABB-də səhm sahibi olmaq vətəndaşlara maddi olaraq nəqazandıracaq? Bunu rəqəmlərlə ifadə edə bilərsiniz?

- Son 6 ildə ardıcıl olaraq səhmdarlarımıza yüksək dividendödəyirik. 2023-cü ilin maliyyə nəticələri əsasında da ABB-ninsəhmdarlarına 185 000 000 manat məbləğində dividend ödədik. Bu, hərsəhm üzrə 4.1 qəpik deməkdir. Beləliklə, nominal qiymətləhesablasaq, səhmlərimiz üzrə dividend gəlirliliyi 15,1%-ə yüksəldi.Səhm üzrə dividend isə son 3 ildə 2.8 qəpikdən 4.1 qəpiyə, yəni 46%artıb. Onu da qeyd edim ki, təkcə elə ötən il bir səhmə düşənmənfəət 8 qəpik olub, yəni səhmin gəlirliliyi 31%-ə yüksəlib.Bankımız daha çox qazandıqca, mənfəəti artdıqca, səhmdarlarına dahaçox dividend ödəyəcək.

Bu baxımdan, ABB-də səhm sahibi olmaq vətəndaşlarımız üçün çoxböyük qazanc fürsətidir. Səhmdarlarımız bir tərəfdən hər il yüksəkdividend qazanırlar, digər tərəfdən isə onların sahib olduqlarısəhmlərin dəyərinin ildən-ilə artma potensialı var.

Əlavə olaraq, 2028-ci ilin 1 fevral tarixinə qədər Bakı FondBirjasının listinqində olan səhmdar cəmiyyətlərin, o cümlədənABB-nin səhmləri üzrə ödənilən dividendlərə görə fiziki şəxslərdənvergi tutulmayacaq.

- Son sualımız: tam yerləşdirmədən sonra ABB-nin yenisəhmdarlarının öz səhmlərini satmaq imkanları daolacaq?

- Bəli, bu gün də mövcud səhmdarlarımız təkrar bazardainvestisiya şirkətləri vasitəsilə səhmlərini sata və ya yenisəhmlər ala bilərlər. Qeyd edim ki, hazırda təkrar bazarın darəqəmsallaşdırılması istiqamətində Azərbaycan Mərkəzi Bankı, MilliDepozit Mərkəzi və Bakı Fond Birjası ilə birgə işlər aparılır.Hədəfimiz odur ki, ilin sonunadək ABB mobile üzərindən həm ABB-ninsəhmlərinin, həm də digər səhmlərin təkrar bazarda alqı-satqısıplatformasını yaradaq, beləliklə səhmlərin likvidliyini tam təminedək. Bu bazar ABB-nin son dövrlər fəal şəkildə daxil olduğu yenibiznes istiqamətidir. Ona görə qiymətli kağızlar bazarının inkişafıBankımızın kommersiya fəaliyyətinə də çox müsbət təsirgöstərəcək.

Seçilən
28
14
az.trend.az

6Mənbələr