AZ

Azərbaycanda beynəlxalq poçt göndərişlərinin həcmi 22 % azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda beynəlxalq poçt göndərişlərinin dəyəri 27 milyon 409 min ABŞ dolları, həcmi isə 110 ton təşkil edib.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Poçt göndərişləri ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə  9 milyon 616 min dollar və ya 26 %, həcm ifadəsi ilə 31 ton və ya  22% azdır.

5 ay ərzində Azərbaycana xarici ölkələrdən 26 milyon 18 min ABŞ dolları dəyərində 108 ton poçt göndərişi idxal edilib.

  1 il əvvələ nisbətən dəyər ifadəsi ilə 9 milyon 301 min dollar və ya 26,3%, həcm ifadəsi ilə 29 ton və ya  21,2 ton % azdır.

Hesabat dövründə Azərbaycandan xaricə isə 1 milyon 390 min ABŞ dolları dəyərində 2,6 ton poçt göndərişi ixrac edilib ki, bu da illik müqayisədə dəyər ifadəsi ilə 314,54 min dollar və ya  18,4% və miqdar ifadəsi ilə  2 tona yaxın və ya  37,8% azdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
8
fed.az

9Mənbələr