AZ

“Tesla” bu il işçi qüvvəsinin azı 14 faizini ixtisar edib

ABŞ-nin elektrikli avtomobil istehsalçısı “Tesla” bu il işçilərinin azı 14 faizini ixtisar edib.

Bu barədə CNBC telekanalı şirkətin daxili məlumatlarına əsasən məlumat yayıb.

“Tesla”nın elektron poçt siyahısında “bütün işçilər üçün” kateqoriyasında müvəqqəti işçilər də daxil olmaqla, iyunun 17-də 121 mindən bir qədər çox insan olub. 2023-cü ilin dördüncü rübü üçün açıqlanmış rəsmi hesabatda isə dekabrın sonunda şirkətdə 140,47 min nəfərin işlədiyi bildirilirdi.

Şirkətin baş icraçı direktoru İlon Mask iyunun 17-də bütün işçilərə elektron məktub göndərərək “Tesla”nın müstəsna performans üçün səhm opsionu qrantları vermək məqsədi ilə növbəti bir neçə həftə ərzində hərtərəfli araşdırma aparacağını vurğulayıb. O əlavə edib ki, bu cür qrantlar şirkət üçün xüsusi bir iş görən hər kəsə də veriləcək.

İxtisarlarla bağlı mesajları isə o, apreldə vermişdi. O zamana İ.Mask işçilərinin 10 faizdən çoxunu ixtisar etmək niyyətindən danışmışdı.

Qeyd edək ki, “Tesla”nın gəliri bu ilin birinci rübündə 9 faiz azalıb və bu, 2021-ci ildən bəri ən böyük azalmadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
9
banker.az

10Mənbələr