AZ

Hindistan və ABŞ bu raketi birgə istehsal edəcək

Hindistan və ABŞ Asiya ölkəsinin ərazisində “Javelin” daşına bilən tank əleyhinə raket komplekslərinin birgə istehsalının təşkili imkanlarını müzakirə edirlər.

NOCOMMENT.az xəbər verir ki, bu məlumatı Hindistan mətbuatı yayıb. Bildirilib ki, Birləşmiş Ştatların yüksək səviyyəli nümayəndə heyətinin Yeni Dehliyə son səfərlərindən birində tərəflər bu mövzuda danışıqlar aparıblar.

Hindistanda “Javelin”in mümkün birgə istehsalı ilə bağlı müzakirələr ilkin mərhələdədir. Asiya ölkəsi bu məsələ ilə bağlı yekun qərarını verməyib.

Qeyd edək ki, Hindistan tərəfi ordusunda tank əleyhinə raket sistemlərinə artan ehtiyacları ödəmək məqsədilə bu sahədə tərəfdaş axtarmağa başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
3
nocomment.az

10Mənbələr