AZ

Baş direktor və müavininin məhkəməsi başladı

Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Elşən Mustafayev və həmin qurumun direktor müavini işləmiş Zamin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf.com-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Zamiq Əliyevin vəkili vəsatətlə çıxış edib. O, müvəkkilin ev dustaqlığına buraxılması ilə bağlı məsələ qaldırıb.

Elşən Mustafayevin də vəkili vəsatətlə çıxış edib. Bildirib ki, Elşən Mustafayevin səhhətində problemlər var. Bu səbəbdən o, Elşən Mustafayevin ev dustaqlığına buraxılmasını istəyib.

Daha sonra cinayət işi məhkəmə baxışına verilməsi müzakirə edilib. Cinayət işini məhkəmə baxışına verilməsinə etiraz edilməyib.

Daha sonra hazırlıq iclasının qərarı qəbul edilməsi üçün hakimlər heyəti müşavirə otağına yollanıblar.

Müşavirədən qayıdan hakimlər qərar elan ediblər. Qərara görə, təqsirləndirilən şəxslərin vəkillərin vəsatətləri təmin edilməyib.

Məhkəmə baxışı iyulun 4-ə təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
32
publika.az

10Mənbələr