AZ

Dünya Bankı Şri-Lankaya 150 milyon dollar ayırıb

Dünya Bankının direktorlar şurası ilkin səhiyyə xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq üçün Şri-Lankaya 150 milyon dollar dəyəridə maliyyələşdirməni təsdiqləyib.



NUHÇIXAN xəbər verir ki, yeni layihə Şri-Lankanın bütün ərazisində ilkin tibbi yardım şəbəkəsini genişləndirəcək, daha əhatəli xidmət paketi ilə mindən çox müəssisəyə xidmət göstərəcək.
Məlumatda bildirilir ki, rəsmi müraciət mexanizminin olmaması və potensial problemlər Şri-Lankada ilkin səhiyyə müəssisələrinin tam istifadə edilməməsinə və üçüncü dərəcəli tibb müəssisələrində sıxlıq yaranmasına səbəb olub.
Dünya Bankının dəstəklədiyi əvvəlki layihə artıq 550 ilkin tibbi yardım müəssisəsini zəruri avadanlıq, dərmanlar, tibb işçiləri və əsas laboratoriya imkanları ilə təkmilləşdirib.
 








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
3
nuhcixan.az

3Mənbələr