AZ

“Abel Məhərrəmov yeni istirahət mərkəzi tikir”

Abel Məhərrəmov Nabranda yeni istirahət mərkəzi tikir.

TEMPİNFO xəbər verir ki, bu barədə jurnalist Samir Feyruzov bildirib.

“Bu gün məlumat əldə etdim ki, bizim kimyagər Abel Məhərrəmov hazırda Nabranda, çox böyük bir ərazidə istirahət mərkəzi tikir. Öz-özümə sual etdim, axı Məhərrəmovun Nabranda 200 hektar ərazidə “El Faro” adlı istirahət mərkəzi var, yenisi nəyinə lazımdır? Pul çoxdur, lap çoxdur, 19 il ərzində Bakı Dövlət Universitetini maddi və mənəvi təcavüzün ştatlı yataqxanasına çevirən kimyagər Məhərrəmov başqa nə etməlidir ki!?”, – media nümayəndə qeyd edib.

Onun iddiasına görə, A.Məhərrəmov bu qədər pulu Azərbaycan təhsilinin hesabına əldə edib, ermənilərin Qarabağa münasibəti necə olubsa, onun da təhsil müəssisəsinə münasibəti eyni cür olub.

“2018-ci ildə BDU-nun rektoru vəzifəsindən azad edilən Məhərrəmov hər il nəsə tikir, bu tikdiklərinin içərisində bir dənə də olsun təhsil ocağı yoxdur, qızının əsas gəlir mənbəyinə çevirdiyi “Qlobus” uşaq bağçasından başqa! Orada da bir uşaq üçün aylıq 500 manat pul tələb olunur. Adam sırf pul qazanır. Qızlarının birinin adına Nabranda istirahət mərkəzi, digərinin adına bağça… Alim acından ölməməlidir, amma alim bu qədər də acgöz olmamalıdır. Alimə, elmə bax, a kişi!”, – S.Feyruzov qeyd edib.

Jurnalistin sözlərinə görə, “İzabella” və “Mona Liza” şadlıq sarayları da Məhərrəmovlarındır.

O vurğulayıb ki, bütün fəlakətlərin kökündə təhsildəki rüşvət və korrupsiya dayanır: “Təsadüfi deyil ki, bu gün ölkədə cinayətkarlıq, narkomaniya ən pik həddə çatıb və bu neqativ hal həndəsi silsilə ilə artmaqdadır.

Əsas odur ki, A.Məhərrrəmovun hazırda Nabranda tikdirdiyi yeni istirahət mərkəzində də “nikah kağızı” tələb olunmayacaq.

Heç kəs A.Məhərrəmovun əlindəkiləri alıb büdcəyə qaytarmır. Təəssüf ki, ölkədə hər kəsin başı öz vəzifəsini, biznesini qorumağa və pul qazanmağa qarışıb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
6
tempinfo.az

7Mənbələr