AZ

Şahzadə xəstəxanaya yerləşdirildi

Şahzadə Anna at sürərkən yaralanıb.

Olaylar xəbər verir ki, bu barədə Bukingem sarayının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, dərhal Bristoldakı Southmead xəstəxanasına aparılıb. Ona beyin silkələnməsi və yüngül xəsarətlər diaqnozu qoyulub. 

Hadisənin təfərrüatları isə açıqlanmır.

HƏMAS-ın lideri vuruldu - VİDEO

İlkin məlumata görə, hadisə iyunun 23-də axşam Annanın "Gatcombe Park"dakı malikanəsində baş verib. Yerli mətbuat yazır ki, 73 yaşlı şahzadə atından yıxılıb və at ayağı ilə onun başına vurub.

Qeyd edək ki, şəhzadə mərhum kraliça II Elizabetin qızıdır. Anna 1976-cı il Monreal Olimpiadasında atçılıq yarışlarında yarışıb. O, at sürməyi yaxşı bacarır. Bundan əlavə, Anna kralın doğum günü şərəfinə iyunun 15-də keçirilən Rəngli Qoşunların paradında at belində idi.

Onu da qeyd edək ki, bu, son zamanlar Britaniya kral ailəsi üzvlərinin səhhətində yaranan ilk problem deyil. Belə ki, bu ilin fevralında III Çarlzın xərçəng xəstəliyinə tutulması, bundan az sonra isə şəhzadə Keyt Middltonun da xərçəngdən əziyyət çəkdiyi açıqlanıb. (axşam.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
olaylar.az

3Mənbələr