AZ

Ötən 106 illik yolun təqdimatı tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 106 il ötür.Şübhəsiz, bu tarixi hadisədən ötən 106 illik yolu bir yazıda taməhatə etmək qeyri-mümkündür. Bu yolun uğurlu addımlarınınnəticəsində hazırda dünyaya səs salan, harada yaşamasından asılıolmayaraq hər bir azərbaycanlını sonsuz qürurlandıran tarixi Zəfərəimza atdıq, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik.Bir daha sübut olundu ki, 106 illik şərəfli tarixə sahib olanAzərbaycan Ordusu üzərinə düşən istənilən missiyanı layiqincəyerinə yetirmək gücündə, qüdrətindədir. Buna əmin olmaq üçün təkcəmüstəqilliyimizin bərpasından ötən dövrdə ordu quruculuğuistiqamətində atılan addımların xronologiyasına diqqət yetirməkkifayətdir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqıntəkidli tələbi ilə hakimiyyətə qayıdışına qədər Azərbaycanınyaşadığı faciələr, təhlükələr tariximizin qara səhifəsi olaraq daimvərəqlənir və bir daha sübut olunur ki, müstəqilliyin əldə olunmasınə qədər çətindirsə, onun qorunub saxlanılması ondan da çətindir.Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan müstəqilliyini,bir dövlət olaraq varlığını itirmək təhlükəsi ilə üz-üzə qaldı.Həmin dövrü xarakterizə edən mühüm məqamlardan biri də SilahlıQüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarınınmüdafiəsinə xidmət etməsi idi. Bu isə son nəticədə torpaqlarımızınişğalına səbəb oldu.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidlitələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğukimi, ordu quruculuğunda da uğursuzluqlara son qoyuldu. Başqasözlə, Azərbaycan Milli Ordusunun formalaşması prosesində yenimərhələ başladı. Ümummilli Lider Heydər Əliyevin gərgin səylərinəticəsində 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbimünaqişəsində atəşkəs haqqında sazişin imzalanmasından sonraAzərbaycan Silahlı Qüvvələrinin formalaşması daha dasürətləndirildi. Həyata keçirilən uğurlu siyasət nəticəsindəSilahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına,şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüşruhunun yüksəldilməsinə xüsusi diqqət göstərildi. Onu da qeydetməliyəm ki, Ulu Öndər Heydər Əliyev hələ Azərbaycanarəhbərliyinin birinci dövründə hərbi kadrların yetişdirilməsinidiqqətdə saxlayaraq Cəmşid Naxçıvanski adına hərbi liseyinyaradılmasına nail olmuşdu. Qürur hissi ilə vurğulamaq gərəkdir ki,müstəqilliyimizin bərpasından sonra bu hərbi lisey Azərbaycandaordu quruculuğunun əsas bazalarından birinə çevrildi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayontəşkilatının sədri, siyasi elmlər doktoru, professor VüqarRəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ölkəmizdə ordunun maddi-texnikibazasının möhkəmləndirilməsi, Silahlı Qüvvələrin beynəlxalqstandartlara uyğun formalaşdırılması bütün dövrlər üçünaktuallığını qoruyaraq bu istiqamətdə mühüm addımların atılması iləxarakterizə edilir. Ordu quruculuğu prosesinin beynəlxalqstandartlara uyğunlaşdırılması istiqamətində atılan addımlarsırasında bu məqamı xüsusi qeyd etmək istərdim ki, Ümummilli LiderHeydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilinəvvəllərində Azərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq”Proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə“Planlaşdırma və Analiz Prosesi” Proqramına, 2001-ci ildə isə“Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digərikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbiyenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrintərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazananvə fəaliyyətini NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusumodern orduya çevrildi. Bununla yanaşı, hərbi kadrlarınyetişdirilməsi məsələsi də prioritetliyi ilə diqqətdə oldu. UluÖndərin 1999-cu ildə imzaladığı Fərman əsasında Azərbaycan HərbiAkademiyasının yaradılması da bunun bariz nümunəsidir. Akademiyanınfəaliyyətinin əsas məqsədi Azərbaycan Respublikası SilahlıQüvvələri üçün xüsusi ixtisaslar üzrə ali hərbi təhsilli zabitkadrları hazırlamaq və hərb elmləri sahəsində elmi-tədqiqatişlərinin aparılmasını təşkil etməkdir. Həmçinin Ulu Öndər HeydərƏliyevin 2001-ci ildə imzaladığı Sərəncama uyğun olaraq SilahlıQüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədiləMüdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiqolaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi DənizçilikMəktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.Təbii ki, atılan hər bir addım müstəqilliyimizin vəsuverenliyimizin qarantı kimi dəyərləndirilən ordumuzun daha dagüclənməsinə, qüdrətlənməsinə xidmət etdi. Ümummilli Liderin 22 may1998-ci il tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan Korpusununyarandığı günün – 26 iyun tarixinin Azərbaycan RespublikasınınSilahlı Qüvvələr Günü elan olunması da orduya dövlətin diqqət vəqayğısının bariz nümunəsidir. Nəzərə alaq ki, hər bir bayram,əlamətdar tarixi gün keçilən yolun təhlilini bir tələb kimi qarşıyaqoyur. Hesabat xarakteri daşıyan bu tarixlərdə konkret sahənininkişafı istiqamətində atılan addımların təhlili fonunda qarşıdakıdövrdə görüləcək işlər diqqətə çatdırılır, hədəflər açıqlanır.

YAP Xətai rayon təşkilatının sədri onu da qeyd edib ki, son 20ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurladavam etdirən Prezident İlham Əliyevin ordunun maddi-texnikibazasının möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun artırılmasıistiqamətində atdığı addımlar da davamlılığı ilə diqqətdədir.Keçilən 106 illik yolun təqdimatı tarixi Zəfərimiz, ərazibütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir.Azərbaycan 30 il işğal altında olan torpaqlarının azad edilməsiüçün bu müddətdə dünya güclərindən ədalət gözlədi. Sülhdanışıqlarına üstünlük verən Azərbaycan dövləti müharibə şəraitindəyaşayan ölkə olaraq ordu quruculuğunu da xüsusi diqqətdə saxladı.Ümummilli Lider Heydər Əliyevin çağırışlarında qeyd edildiyi kimi,ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücumetmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevərdövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öztorpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü,sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycanxalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətininapardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün vəgələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclüordumuz olmalıdır.

Vüqar Rəhimzadə bildirib ki, son 20 ildən artıq dövrdə ordumuzunqüdrətinin, döyüş qabiliyyətinin artırılması, bir sözlə, Qələbəyəhazırlanması istiqamətində atılan addımların uğurlu nəticələrizaman-zaman qazandığımız zəfərlərdə özünün aydın ifadəsini tapıb.Belə ki, tarixi Zəfərimizə gedən yolun başlanğıcı kimidəyərləndirilən 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordususürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətəuğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakıərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçininminlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidənQələbə sevinci yaşatdı. Bu Zəfərin davamı olaraq 2018-ci ildəGünnüt əməliyyatı Silahlı Qüvvələrimizin imkanlarını bir dahanümayiş etdirdi. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan MuxtarRespublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonununGünnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyuncaəlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi.Ermənistan silahlı qüvvələri aldığı bu dərslərdən nəticə çıxarmadı,yenə də hərbi təxribatları davam etdirdi. Nəticədə 2020-ci ilin 27sentyabr tarixində başlanan İkinci Qarabağ müharibəsində rəşadətliAzərbaycan Ordusu erməni silahlı birləşmələrinə tarixdə heç zamanunutmayacaqları dərsi verdi. 44 günlük Vətən müharibəsinin sonundaErmənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Qəhrəmanhərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizinqanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsininşahidi oldu.

YAP Xətai rayon təşkilatının sədri Müzəffər Ali Baş Komandanİlham Əliyevin “Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüşmeydanında öz gücünü göstərmişdir” fikrini önə çəkərək qeyd edibki, istər hərbi əməliyyatların həyata keçirilməsi, istərsə dəhumanitar məsələlərin həlli baxımından Azərbaycan Ordusu bütündünya üçün nümunə yaratdı. Azərbaycan Ordusu hərbi əməliyyatlarzamanı daim humanitar tələblərə uyğun davranır. 44 günlük İkinciQarabağ müharibəsi, ötən il həyata keçirilən bir günlük antiterrortədbirləri bunun bariz nümunəsidir. Bu əməliyyatlar zamanı mülkiəhali ziyan görmədi, onıların qorunması üçün zəruri addımlaratıldı. Ermənistan silahlı qüvvələrinin 44 günlük İkinci Qarabağmüharibəsinin gedişi dövründə məğlubiyyətlərini həzm edə bilməyərəkbu və ya digər ərazilərimizi raket atəşinə tutmalarını, mülkiəhaliyə vurduqları zərəri, insan itkisini xatırlatmaqla onlarındünya güclərinin gözləri qarşısında beynəlxalq hüququn norma vəprinsiplərini necə kobud şəkildə pozmaları heç vaxt yaddaşlardansilinməyəcək. Təəssüf ki, yeri gəldi-gəlmədi daim haqqdan,ədalətdən dəm vuran dünya gücləri yenə də ermənilərin bu vandalizmaktlarına susmaqla bir növ işğalçı dövlətə dəstəklərini nümayişetdirdilər.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, İkinci Qarabağ müharibəsizamanında Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralıəsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərətezliklə sağalıb döyüş meydanına, öz missiyalarını başa vurmağaqayıtmaq arzusunda olduqlarını bildirir və bu istəklərinireallaşdırırdılar. Budur, Azərbaycan əsgərinin, zabitinin torpaq,Vətən sevgisi, şərəfli missiyasını yerinə yetirmək bacarığı,mərdliyi və qəhrəmanlığı. Bu gün beynəlxalq ekspertlər hələ dəAzərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsini öyrənir, təhliledirlər. Hər bir sahədə ilklərə imza atan Azərbaycan modernmüharibə taktikası ilə də dünyanın diqqətində oldu.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, tarixi Zəfərəimza atıb, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etsəkdə ordu quruculuğu daim prioritet məsələ kimi öndədir. TarixiZəfərimizdən ötən dövrdə bu istiqamətdə atılan addımların uğurlunəticələrini ötən ilin 19-20 sentyabr tarixlərində ordumuzunapardığı 23 saatlıq lokal antiterror tədbirləri nəticəsindəsuverenliyimizin tam bərpa edilməsi zamanı gördük. Dövlətimizinbaşçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan Ordusu2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edənantiterror əməliyyatı bunun bariz nümunəsidir. Müzəffər Ali BaşKomandan İlham Əliyev 7 fevral 2024-cü il tarixdə keçirilənnövbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonrakeçirilən andiçmə mərasimində bütün sahələrdə hədəfləri açıqladı.Ordu quruculuğu istiqamətində atılan addımların təhlili əsasındabelə bir çağırışı səsləndirdi ki, bizim siyasətimiz beynəlxalqhüquqa əsaslanır. Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlarda öz iddialarını geri döndərməlidirlər: “Bizdən əsassız iddialarlaşantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki,hər kəs görür. Beləliklə, ordu quruculuğu prosesi davametdiriləcək. Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclərhərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və ŞərqiZəngəzurun bərpasıdır.”

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, şanlıSilahlı Qüvvələrimizin yaranmasının 106-cı ildönümü ərəfəsindəAğdamda, Füzulidə, Laçında, Cəbrayılda, Zəngilanda, Qubadlıda,Kəlbəcərdə, Şuşada, Hadrutda, Xocavənddə, Xocalıda, Ağdərədə,Əsgəranda, Xankəndidə, bütövlükdə müqəddəs Qarabağ və ŞərqiZəıngəzur torpaqlarımızın hər qarışında olduğumuz üçün Müzəffər AliBaş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusunaminnətdarıq. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhuqarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
10
az.trend.az

10Mənbələr