AZ

İyunun 30-da hansı abituriyentlər imtahan verəcəklər?

Dövlət İmtahan Mərkəzi iyunun 30-da keçiriləcək Azərbaycan dili (dövlət dili kimi) imtahanı iştirakçıları ilə bağlı məlumat yayıb.

“Cebhe.info” xəbər verir ki,  məlumata görə, Azərbaycan dili (dövlət dili kimi) imtahanında 5-10 iyun tarixlərində qeydiyyatdan keçən aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (şagirdlər) iştirak edəcəklər:

•    Ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 12-də keçirilən imtahanda iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri. Bu kateqoriyaya aid olan abituriyentlər imtahana buraxılış vərəqəsini verilən linkdən (https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=110) çap etməlidirlər.

•    Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il mayın 12-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları. Bu şagirdlər buraxılış vərəqəsini verilən linkdən (https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=126) çap etməlidirlər.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

Qeyd edək ki, imtahanda iştirak edəcək şəxs imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi” mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, həmin şəxs imtahana buraxılmayacaq. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
10
cebheinfo.az

10Mənbələr