AZ

Bakıda evdə köməksiz vəziyyətdə qalan 3 nəfər xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ə.Orucəliyev küçəsində vətəndaşların evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2-si uşaq olmaqla 3 nəfəri xilas ediblər.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
16
cebheinfo.az

10Mənbələr