AZ

Rusiya Ukraynada daha 1180 hərbçisini itirdi

Rusiya ordusu son sutkada Ukrayna ərazisində daha 1180 hərbçisini itirib.

Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibə başlayandan bəri Rusiyanın ümumi itkilərinin sayı 536 840 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 4 tank, 18 zirehli döyüş maşını, 35 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
12
bizim.media

10Mənbələr