AZ

FutbolAmerika Kuboku: Braziliya millisi heç-heçə edib, Kolumbiya qələbə qazanıb

ABŞ-də keçirilən futbol üzrə Amerika Kubokunun D qrupunda mübarizəyə start verilib.

"Far.Az" xəbər verir ki, beşqat dünya çempionu Braziliya Kosta-Rika ilə üz-üzə gəlib.

Qarşılaşma qolsuz bitib.

Digər görüşdə Kolumbiya Paraqvayı 2:1 hesabı ilə üstələyib. 32-ci dəqiqədə Daniel Munyos, 10 dəqiqə sonra Cefferson Lerma qələbədə pay sahibi olublar. Təsəlli qoluna 69-cu dəqiqədə Julio Enkiso imza atıb.

Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
4
far.az

5Mənbələr