AZ

Hindistan baş naziri Moskvaya səfər edəcək

Hindistanın baş naziri Narendra Modi iyulun 8-də Moskvaya bir günlük səfər edəcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə “Tribuna” öz mənbələrinə istinadən məlumat yayıb.

Modinin Rusiyaya səfərinin Hindistanın baş nazirinin üçüncü müddətə hökumətə başçılıq etməsindən və martda Rusiya prezidenti Vladimir Putinin yenidən seçilməsindən qısa müddət sonra baş tutacağı üçün əhəmiyyətli olduğu bildirilir.

Xatırladaq ki, Modinin sonuncu dəfə Rusiyaya 2019-cu ildə Vladivostoka səfəri olub. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
1
operativmedia.az

2Mənbələr