AZ

Paşinyan hər vəchlə Rusiyanın Qafanda konsulluq açmasının qarşısını almağa çalışır...

Bəzi məlumatlara görə, Ermənmistan hökuməti, nəyin bahasına olursa-olsun, Qafanda Rusiya konsulluğunun açılmasının qarşısını almağa çalışır.
 
Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
 
“Rusiyanın belə bir arzusu çoxdan olub və Ermənistan hökuməti rəsmən buna icazə verib. Qafan meri Gevorq Parsyan da konsulluq üçün yer ayırıb. Lakin hakim “Vətəndaş sazişi”(“VS”) partiyasının yerli şöbəsi, təbii ki, yuxarı orqanların təhriki ilə fəallaşıb və prosesin baş verməməsi üçün bir neçə aydır ki, fəal işləyir. Qafanda Rusiya konsulluğunun açılmamasının fəal müdafiəçilərindən biri də “VS”-dən olan deputat Marina Qazaryandır. O hətta Qafan sakinləri adından konsulluğun açılmasının əleyhinə Xarici İşlər Nazirliyinə müraciət təqdim etmək üçün imza toplanması təşəbbüsü ilə çıxış edib. Dünən onunla əlaqə saxlayıb, XİN-ə müraciət edib-etmədiyini öyrənə bilmədik”, - davamında erməni nəşri bildirir.
 
 
“Yeri gəlmişkən, Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov bu yaxınlarda bəyan etmişdi ki, Moskva konkret tarix göstərmədən yaxın vaxtlarda Qafanda konsulluq açmağı gözləyir. 2023-cü ildə noyabrın 2-də Rusiya hökuməti Qafanda baş konsulluğun açılması haqqında razılaşmanı təsdiqləyib. Xarici işlər naziri Ararat Mirzoyan Moskvanın Qafanda konsulluq açmaq istəyini təsdiqləyib və rəsmi  İrəvan da buna razılaşıb. Hazırda Qafanda yalnız bir konsulluq var- İranın. Rusiyanın isə Ermənistanda yalnız Gümrüdə konsulluğu var”, - Ermənistan qəzeti belə yazır.
 
S.Laçın
 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
50
moderator.az

10Mənbələr