AZ

Neftçala polisi Bakı sakininin üzərində 12 kq marixuana aşkar edib

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Bakı şəhər sakini Kamran Əliyev rayon ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 12 kiloqram marixuana aşkar edilib.

DİN-in mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, araşdırmalar zamanı K.Əliyevin narkotik vasitəni sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından aldığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
13
ikisahil.az

10Mənbələr