AZ

Bakıda inzibati binada yanğın oldu

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 360 m² olan üçmərtəbəli inzibati binanın ikinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 20 m² sahədə və 10 ədəd rəf yanıb.

Fövqəladə Hallar Nazirliyindən OXU24.COM -a verilən məlumata görə, yüksək temperaturdan otağın lambirdən ibarət tavanı 80 m² sahədə əriyib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
12
oxu24.com

10Mənbələr