AZ

Türkiyədə sürücü maşının güzgüsünü sındıran motosikletçini güllələmək istədi: ANBAAN görüntülər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin Bursa vilayətinin İnegöl rayonunda motosiklet sürən gəncin qorxulu anlarını əks etdirən videogörüntülər yayılıb.
İddialara görə, motosiklet sürücüsü hərəkət zamanı onu sıxışdıran maşının güzgüsünə vuraraq onu sındırıb. Qəzəblənən avtomobil sürücüsü motosikletçinin arxasınca düşərək onu təqib edib. Nəticədə motosikletin qarşısını kəsib və əlindəki silahı motosiklet sürücüsünə tuşlayıb. Həmin anlar anbaan kameraya əks olunub.
Sosial mediada yayılan videogörüntülərlə bağlı polis hərəkətə keçib və sürücünün saxlanılması üçün əməliyyata başlayıb. Həmçinin görüntülərin saxta ola biləcəyi də iddia edilir.
Mənbə: İHA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
50
oxu.az

10Mənbələr