AZ

Rusiyada daha bir atışma: Polis hərəkətə keçdi

Rusiyanın Bataysk şəhərində naməlum şəxs travmatik tapançadan atəş açıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumat üzrə Vorovskoqo küçəsinə gələn polis əməkdaşları naməlum şəxsin konstruksiyasına görə travmatik tapançaya bənzər əşyadan atəş açdığını müəyyən ediblər.

"Polis hadisədə iştirak edən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində bir sıra tədbirlər həyata keçirir", - məlumatda deyilir.

Bataysk şəhərinin meri Roman Voloşin isə Teleqram kanalında vəziyyətin məişət xuliqanlığı kimi qiymətləndirildiyini bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
4
milli.az

10Mənbələr