AZ

Əməkhaqqı ilə bağlı yeni qanun – Yanvarın 1-dən qüvvəyə minəcək

Minimum əməkhaqqından aşağı əmək haqqını qadağan edən qanun layihəsi Dövlət Dumasının elektron məlumat bazasına aşağıdakı kimi daxil edilib.

Medianews.az xəbər verir ki, tam iş vaxtı işləmiş və əmək normalarını yerinə yetirmiş işçinin aylıq əməkhaqqının minimum əmək haqqından aşağı olmamaqla – kompensasiya və həvəsləndirmə ödənişləri nəzərə alınmadan müəyyən edilməsi təklif edilir.

Qeyd edək ki, qanun layihəsi qəbul olunarsa, yeni qayda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Təşəbbüsün müəllifləri isə Leonid Slutskinin rəhbərlik etdiyi Rusiya Liberal Demokrat Partiyasının (LDPR) deputatlarıdır.

Rusiyanın baş naziri Mixail Mişustin iyunun 10-da bildirib ki, 2025-ci ildən minimum əməkhaqqı 15 faiz artacaq və 22 min rubldan çox olacaq. Baş nazir əlavə edib ki, 2030-cu ilə qədər minimum əməkhaqqı ən azı 35 min rubla çatacaq.(referans.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
4
medianews.az

5Mənbələr