AZ

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Ankarada deyil, Astanada görüşəcəklər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü yaxın vaxtlarda Qazaxıstanın paytaxtında baş tutacaq.

Editor.az bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan təsdiqləyib. Diplomat Rusiya liderinə türk həmkarından mesaj verildiyinə də aydınlıq gətirib. O, Ukraynadakı vəziyyətin həllinə həsr olunmuşdu.

Fidan deyib: Ankara Putinin gəlişini gözləyir. O, bu mövzunun dövlət başçılarının görüşündə qaldırıla biləcəyini istisna etməyib. Yada salaq ki, prezidentlər arasında Astanada, ŞƏT sammiti çərçivəsində mümkün danışıqlar bir neçə gün əvvəl məlum olub. Daha sonra Türkiyə mediası Ərdoğanın iyulun 3-4-nə planlaşdırılan bu tədbirdə iştirak edəcəyini yazıb. Mümkün gündəm də açıqlanıb.

Siyasətçilərin müzakirə edəcəyi əsas mövzular arasında Ukraynadakı vəziyyət də olacaq. Həmçinin məlumat verilib ki, dövlət başçıları başa çatmaqda olan Akkuyu atom elektrik stansiyası layihəsi barədə danışacaqlar. Digər mühüm məsələlər arasında Trakyada yaradılan qaz qovşağının yaradılması, taxıl müqaviləsi və Suriyanın şimalındakı vəziyyət də var.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
editor.az

3Mənbələr