AZ

AÇ-2024: Albaniya İspaniya, İtaliya Xorvatiya ilə üz-üzə gəlir

Bu gün Avropa çempionatının qrup mərhələsində 3-cü turun növbəti görüşləri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, B qrupunda mübarizəyə yekun vurulacaq.

Albaniya millisi 1/8 finalı təmin edən İspaniya ilə qarşılaşacaq.

Ötən tur İspaniyaya məğlub olan İtaliya yığması isə Xorvatiyanın müqavimətini qırmağa çalışacaq.

Hər iki oyun saat 23:00-da start götürəcək.

B qrupu

23:00. Albaniya – İspaniya
Baş hakim: Qlenn Nyuberq (İsveç)
Düsseldorf, “Esprit Arena”

23:00. Xorvatiya – İtaliya
Baş hakim: Denni Makkeli (Niderland)
Leyptsiq, “Red Bull Arena”

Xal: İspaniya – 6, İtaliya – 3, Albaniya – 1, Xorvatiya – 1.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
sportinfo.az

10Mənbələr