AZ

Karpin Rusiya millisi ilə müqaviləsini uzadıb

"Rostov"un baş məşqçisi Valeri Karpin Rusiya millisi ilə yeni müqavilə imzalayıb.

32gun.az bildirir ki, bu  barədə Sport-Express məlumat yayıb. 

Nəşrin məlumatına görə, yeni iş müqaviləsi iki il müddətinə bağlanıb.

Rusiya yığması mütəxəssisin rəhbərliyi altında keçirdiyi son üç görüşdə Kuba (8:0), Serbiya (4:0) və Belarusu (4:0) məğlub edərək ümumi 16:0 hesabı ilə qalib gəlib.

2021-ci ilin iyulunda "Rostov"un baş məşqçisi olan Valeri Karpin Rusiya millisinə rəhbərlik edib. Əvvəlcə o, millidə və klubda işi birləşdirməyi planlaşdırırdı, lakin avqustun əvvəlində bütün diqqətini milli komandaya yönəltmək qərarına gəldiyini açıqladı və bundan sonra Rostovdan ayrıldı. Rusiya millisinin fəaliyyəti dayandırıldıqdan sonra o, yenidən iki vəzifəni birləşdirməyə başlayıb.

2022-ci ilin yazında Beynəlxalq Futbol Federasiyası və Avropa Futbol Assosiasiyaları İttifaqı Rusiya millisinin, eləcə də bütün Rusiya klublarının bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakını dayandırmaq qərarına gəlib. Ruslar 2022-ci il Dünya Kubokunun pley-off mərhələsini buraxdılar və Almaniya meydanlarında keçirilən Avropa çempionatını qaçırıblar.

Ayxan 

Seçilən
87
32gun.az

1Mənbələr