AZ

Mask gələcək müharibələr üçün əsas silahı açıqlayıb

Amerikalı milyarder və sahibkar İlon Mask gələcəyin müharibələrinin pilotsuz təyyarələrin köməyi ilə aparılacağını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

“Gələcəyin müharibələri dron müharibələridir”, – Ukraynadakı münaqişədə tərəflərin kütləvi şəkildə ucuz İHA-lardan istifadə etdiyini bildirən nəşrin altında İlon Mask qeyd edib.

Yazıda həmçinin qeyd olunub ki, biz indi Birinci Dünya Müharibəsində at süvarilərindən tank və təyyarələrin istifadəsinə keçid kimi dönüş nöqtəsinin şahidi oluruq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
nocomment.az

2Mənbələr