AZ

Mbappe Polşa ilə matçda iştirak edəcək?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransa millisinin hücumçusu Killian Mbappe Almaniyada keçirilən Avropa çempionatının 3-cü turunda Polşa ilə oyunda yalnız qara maska ilə iştirak edə biləcək.
Məlumata görə, futbolçunun Polşa ilə oyunda iştirakı üçün Fransa bayrağına uyğun olaraq üçrəngli xüsusi qoruyucu maska hazırlanıb. Lakin UEFA qaydalarına əsasən, futbolçular yalnız bir rəngli maskadan istifadə edə bilərlər, variasiyalara icazə verilmir.
Bu səbəbdən Mbappe turnir oyunlarında meydana adi qara maska ilə çıxa biləcək.
Xatırladaq ki, Killian qrup mərhələsinin 1-ci turunun Avstriya ilə görüşündə burnunu sındırıb. Niderlandla oyunda Mbappe ehtiyat oyunçular skamyasında qalıb.
Mənbə: championat.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
39
oxu.az

10Mənbələr