AZ

“Oyunçuların hazırlığından razıyam” – Millinin ispan baş məşqçisi

Azərbaycanın basketbol üzrə U-20 millisinin baş məşqçisi Alberto Blanko Bakıda davam edən təlim-məşq toplanışını dəyərləndirib.



Komanda.az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlama verən ispaniyalı mütəxəssis toplanışın yüksək səviyyədə keçdiyini bildirib:



“Təlim-məşq toplanışı 10-12 gün davam etməlidir. Lakin proses bir qədər uzun çəkəcək. Oyunçuların hazırlığından razıyam. Bununla belə, Rumıniyaya hansı heyətlə yollanacağımızı müəyyənləşdirməmişik. Gələn həftə hər şeyə aydınlıq gələcək”.



Blanko iyulun 12-dən 21-dək Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının B divizionunda çıxış edəcək millimizin rəqibləri barədə danışıb: “Turnirdə bizi çətin sınaq gözləyir. Qrupda qələbə qazanmamışıq. Hədəfimiz ancaq qalib gəlməkdir”.



Azərbaycanın U-20 millisinin təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 4-dək davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərbasketbol

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
4
komanda.az

5Mənbələr