AZ

Qubada sel Qusarçayın sahilini yuyub, yol çöküb VİDEO

Quba, 24 iyun, Elxan Yusifli, AZƏRTAC

Qusarçaya davamlı gələn güclü sel nəticəsində çayın sahili yuyulub və Qubada asfalt yol çöküb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Samur-Abşeron kanalını qidalandıran su kanalının kənarı ilə çəkilən asfalt yoldan Quba və Xaçmazın bir sıra kəndlərinin sakinləri istifadə edir. Çökmə intensiv hərəkət müşahidə olunan yolun iki hissəsində baş verib.

Çay sahilinin yuyulması nəticəsində yüksəkgərginlikli elektrik xəttinin dirəyi üçün də təhlükə yaranıb.

Hazırda Quba suvarma sistemləri idarəsinin ağır texnikaları çayın məcrasında suyun istiqamətini dəyişmək üçün işləyir.

Çayda suyun səviyyəsi azaldılandan sonra sahilbərkitmə işləri həyata keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
19
azertag.az

10Mənbələr