AZ

İran: Asiya Əməkdaşlıq Dialoqu ölkələri Qəzzada sülh tələb etməlidir

Asiya Əməkdaşlıq Dialoqu (ACD) ölkələri Qəzza zolağında sülh tələb etmək üçün birlikdə çalışmalıdırlar.

"Operativ Media" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kaninin Asiya Əməkdaşlıq Dialoqunun nazirlərin 19-cu görüşünə həsr olunmuş məqaləsində deyilir. 

"Fələstində humanitar fəlakət səkkiz aydan artıqdır ki, davam edir və beynəlxalq ictimaiyyət günahsız insanlara, xüsusilə də qadınlara və uşaqlara qarşı hücumları dayandıra bilmir. Bu cinayətlərin dayandırılması, atəşkəs yaradılması və Qəzzaya humanitar yardımın çatdırılması üçün səylər göstərilməli, ASC-nin hədəflərinə uyğun bir addım olaraq bu istiqamətdə kollektiv səylər göstərmək vacibdir", - Baqiri yazıb.

Seçilən
99
1
operativmedia.az

2Mənbələr