AZ

HadisəAzərbaycanda iş adamı HƏBS EDİLDİ

SİZİN REKLAM BURADA!055 213 76 73

Bakıda quru meyvə ticarəti ilə məşğul olan iş adamı Elman Ağasıyev həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Qəbələ rayon sakini olan E.Ağasıyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.

Dörd nəfər ondan hüquq-mühafizə orqanlarına şikayət edib. Onlar E.Ağasıyev tərəfindən aldadılaraq müvafiq olaraq 10 000, 85 850, 132 000 və 18 000 manat vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirildiyini bildiriblər.

Quru meyvə alqı-satqısı ilə bağlı tərəflər arasında narazılıq yaranıb və külli miqdarda borcun olması müəyyən edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin 20.06.2024-cü il tarixli hökmü ilə iş adamı 6 il müddətinə həbs cəzasına məhkum edilib.

Far.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
29
far.az

10Mənbələr