AZ

Hərbi polisin maliyyə xidmətinin sabiq rəisinə hökm oxunub

Müdafiə Nazirliyinin (MN) Hərbi Polis idarəsinin, həmçinin bir neçə hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş və 1 milyon 900 min manat mənimsəmədə təqsirləndirilən Sadiq Hacıyevə hökm oxunub.

Aznews.az xəbər verir ki, hökm Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında elan olunub.

Hökmə əsasən, o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sadiq Hacıyev Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi və bir neçə hərbi hissəsində maliyyə xidmətinin rəisi olub. O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə 1 milyon 900 min manat mənimsəməkdə ittiham olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
31
aznews.az

10Mənbələr