AZ

Bakıda polislərin qətlə yetirildiyi insidentlə bağlı şok detallar: Anasından girov kimi istifadə edib

Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verən silahlı insidentlə bağlı yeni detallar məlum olub.

Demokrat.az axar.az-a istinadən xəbər evrir ki, əməliyyat zamanı Rövşən Allahverdiyev anasının arxasında gizlənib və "Lancaster" ov tüfəngini onun çiyninə qoyaraq, polisləri nişan alıb.

Polis əməkdaşları cinayətkarın ailəsi və anasının xəsarət alma ehtimalını nəzərə alaraq, silahları yerə qoyub və öz anasından girov kimi istifadə edən R.Allahverdiyevlə danışmağa cəhd göstəriblər. R.Allahverdiyev isə bu məqamdan istifadə edərək, silahlarını artıq yerə qoyan polislərə atəş açıb və onları qətlə yetirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
3
demokrat.az

10Mənbələr