AZ

Kriştianu Roanldu ilə şəkil çəkdirən azarkeşin kimliyi bəlli olub

AÇ-2024-ün qrup mərhələsində keçirilən Portuqaliya - Türkiyə (3:0) oyununda meydana çıxaraq Kriştianu Ronaldo ilə şəkil çəkdirən 10 yaşlı uşağın türkiyəli Berat Uluğ olduğu ortaya çıxıb.

Məlumata görə, bu barədə azyaşlı azarkeşin atası Çetin Uluğ xəbər yayıb.

O, oğlunun meydana girməsi ilə bağlı yalan danışdığını deyib: "Mənə tualetə gedirəm dedi. Sonra gördüm ki, ehtiyat oyunçular skamyasının üzərindən stadiona tullandı və qaçmağa başladı".

Almaniyanın "Hessen Kassel" klubunun 11 yaşlılardan ibarət komandasında çıxış edən Berat Uluğ isə "xəyallarımı reallaşdırdım. Ronaldu ilə fotom var və onu bir formaya həkk etdirib otağımda asacağam" deyərək sevincini bölüşüb.

Kriştianu Roanldu ilə şəkil çəkdirən azarkeşin kimliyi bəlli olub

Kriştianu Roanldu ilə şəkil çəkdirən azarkeşin kimliyi bəlli olub

Mənbə: Ntvspor.net

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
9
hakimiyyet.az

10Mənbələr