AZ

Husilər: İsrail, ABŞ və İngiltərəyə aid 153 gəmini hədəf aldıq

Yəməndə İranın dəstəklədiyi husilər 2023-cü ilin noyabrından bu yana İsrail, ABŞ və İngiltərə ilə əlaqəli 153 gəmini hədəfə aldıqlarını açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, husilərin lideri Əbdülməlik əl-Husi husilərə bağlı “Əl-Mesira” televiziyasına verdiyi açıqlamada Qurban bayramında Qəzza zolağına dəstək olmaq üçün gəmilərə hücumlarını davam etdirdiklərini bildirib.

Husilərin son bir həftədə 10 "əməliyyat"da 26 ballistik raketlə 8 gəmini hədəf aldığını qeyd edən Husi, 2023-cü ilin noyabr ayından bu yana İsrail, ABŞ və İngiltərəyə bağlı 153 gəmini hədəf aldıqlarını deyib.

ABŞ və İngiltərənin Yəmənə endirdiyi hava hücumları ilə bağlı Husi bu ölkələrin son bir həftədə Yəmənin müxtəlif bölgələrinə 24 hava hücumu həyata keçirdiklərini bildirib və bu hücumların husilərə təsir etmədiyini iddia edib.

Malik Atilay 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
525.az

2Mənbələr