AZ

Rusiyada silahlı hücumlar nəticəsində 15 polis əməkdaşı həlak olub

Rusiyanın Dağıstan bölgəsində polis bölməsi, sinaqoq və iki kilsə silahlı hücumların hədəfinə çevrilib, hücumlarda 15 polis və 1 keşiş həyatını itirib, 6 terrorçu zərərsizləşdirilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov özünün "Telegram" kanalında Mahaçqala və Dərbənd şəhərlərində polis postu, sinaqoq və iki kilsənin hədəf alındığı hücumlarla bağlı açıqlama verib.

Bunun "terror hücumu" olduğunu qeyd edən Məlikov: "Bunun arxasında kimin dayandığını və bu hücumların təşkilatçılarının nəyi hədəflədiyini bilirik", - deyib.

Dağıstan polisinin hücumları təşkil edənlərə müqavimət göstərdiyini bildirən Məlikov: "Bu görünməmiş terror aktında 15-dən çox polis əməkdaşı həyatını itirib. Ölənlərin arasında bir neçə polis əməkdaşı, bir keşiş də daxil olmaqla mülki şəxslər də var", - deyib.

Malik Atilay






















Bizi İnstagramda izləyin

Seçilən
222
1
525.az

3Mənbələr