AZ

Ötən il oxuyub yazmaqda çətinlik çəkən şagirdlərin sayı açıqlanıb

Faktların, əslində, daha çox olduğu ehtimal edilir
Ötən il şagirdlər arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub.
AYNA xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilib.
Belə ki, 9-cu sinif şagirdləri arasında 5, 11-ci sinif şagirdləri arasında isə 2 nəfər oxuyub-yazmağı bacarmayanlar olub.
"Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların, əslində, daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı Qazax, Şuşa, Ağstafa, Şahbuz rayonlarının və Bakı şəhərinin hərəsindən 1 nəfər, 11-ci sinif şagirdlərindən isə Cəlilabad və Qobustan rayonlarından olub", - deyə məlumatda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
22
ayna.az

10Mənbələr