AZ

Endrikin "Real" klubu ilə müqavilə bağlayacağı tarix açıqlanıb

Braziliyalı hücumçu Endrikin İspaniyanın \"Real\" klubu ilə peşəkar müqavilə bağlayacağı tarix açıqlanıb.

Futbolçu 18 yaşının tamam olduğu gün - iyulun 21-də rəsmi müqaviləyə imza atacaq.

Hücumçu iyulun 26-da rəsmən azarkeşlərə təqdim olunacaq. Bu tədbirlər Madriddə baş tutacaq. Təqdimat mərasiminin \"Santyaqo Bernabeu\" stadionunda keçirilməsi planlaşdırılır. Endrik daha sonra ABŞ-də Madrid klubunun çempionat öncəsi təlim-məşq toplanışına qatılacaq.

Braziliyalının növbəti mövsümdə 16 nömrəli formanı geyinəcəyi gözlənilir.

Qeyd edək ki, \"Real\" klubu Endriki Braziliya təmsilçisi \"Palmeyras\"dan bonuslar da daxil olmaqla 60 milyon avroya transfer edib.
 
///Report
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
3
azxeber.com

4Mənbələr