AZ

IGB-nin sərbəst tutumunun rezervasiyası üçün illik tenderlərə başlanılır









  Elchi.az GB şirkətinə istinadən xəbər verir ki, həcmlər Bolqarıstanın “Bulgartransgaz” operatoru, Yunanıstanın DEFSA və Trans-Adriatik Boru Kəməri (TAP) şəbəkələrinin birləşmə nöqtələrindən asılı olaraq 5 qaz ili müddətinə təklif olunacaq.
Qarşıdan gələn 2024-2025 qaz ilində ICGB rəqabətli hərraclar vasitəsilə Yunanıstanda iki əlaqə nöqtəsində ildə 1 milyard 161 milyon 784 min 139 kubmetr və ya günlük 37 milyon 333 min 58 KVt/saat həcmində mövcud tutum təklif edəcək. Bolqarıstandakı qoşulma məntəqəsi üçün isə ildə 1 milyard 27 milyon 334 min 20 kubmetr mövcud tutum və ya günlük 33 milyon 12 min 605 KVt/saat təklif olunacaq.
Treyderlər Yunanıstanın Aleksandrupolis şəhərindəki mayeləşdirilmiş təbii qaz (LNG) terminalından kommersiya istifadəsinə verildikdən sonra axan həcmləri nəql etmək qabiliyyətini əvvəlcədən sifariş edə biləcəklər.
Hərraclar iki müstəqil platformada – RBP və PRISMA-da keçiriləcək.
Kommersiya fəaliyyətinə başlamasından iki il ərzində IGB interkonnektorunun artıq 40-dan çox qeydiyyatdan keçmiş istifadəçisi var və onlar qarşıdan gələn hərraclarda iştirak edə biləcəklər. Ümumi gücü 3 milyard kubmetr olan IGB-nin 1 milyard kubmetri Azərbaycandan qaz üçün 25 illik müqavilələr əsasında rezervasiya edilib. Bu boru kəməri Bolqarıstanın qışda daxili qaz istehlakının 50 %-dən çoxunu, yayda isə 80 %-ə qədərini əhatə edir.
ICGB borunun tutumunu 5 milyard kubmetrə çatdırmaq üçün bazarın maraqlarını qiymətləndirərək genişləndirmə prosesini həyata keçirir. Bu, daha böyük həcmdə təbii qazın ötürülməsini təmin edəcək, Bolqarıstan və Yunanıstanın üçüncü ölkələrə tranzit rolunu gücləndirəcək. IGB-nin tutumunun genişləndirilməsi üçün məcburi mərhələyə də başlanılır və bütün maraqlı tərəflərin bu ilin iyunun 24-dək qeydiyyat sənədlərini, iyulun 2-12-dək isə məcburi mərhələ ilə bağlı təkliflərini təqdim etməsi istənilir.
Xatırladaq ki, Yunanıstan-Bolqarıstan qaz kəməri 2022-ci il oktyabrın əvvəlində kommersiya istismarına verilib. IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.
Havar Şəfiyeva 







  Elchi.az GB şirkətinə istinadən xəbər verir ki, həcmlər Bolqarıstanın “Bulgartransgaz” operatoru, Yunanıstanın DEFSA və Trans-Adriatik Boru Kəməri (TAP) şəbəkələrinin birləşmə nöqtələrindən asılı olaraq 5 qaz ili müddətinə təklif olunacaq.Qarşıdan gələn 2024-2025 qaz ilində ICGB rəqabətli hərraclar vasitəsilə Yunanıstanda iki əlaqə nöqtəsində ildə 1 milyard 161 milyon 784 min 139 kubmetr və ya günlük 37 milyon 333 min 58 KVt/saat həcmində mövcud tutum təklif edəcək. Bolqarıstandakı qoşulma məntəqəsi üçün isə ildə 1 milyard 27 milyon 334 min 20 kubmetr mövcud tutum və ya günlük 33 milyon 12 min 605 KVt/saat təklif olunacaq.Treyderlər Yunanıstanın Aleksandrupolis şəhərindəki mayeləşdirilmiş təbii qaz (LNG) terminalından kommersiya istifadəsinə verildikdən sonra axan həcmləri nəql etmək qabiliyyətini əvvəlcədən sifariş edə biləcəklər.Hərraclar iki müstəqil platformada – RBP və PRISMA-da keçiriləcək.Kommersiya fəaliyyətinə başlamasından iki il ərzində IGB interkonnektorunun artıq 40-dan çox qeydiyyatdan keçmiş istifadəçisi var və onlar qarşıdan gələn hərraclarda iştirak edə biləcəklər. Ümumi gücü 3 milyard kubmetr olan IGB-nin 1 milyard kubmetri Azərbaycandan qaz üçün 25 illik müqavilələr əsasında rezervasiya edilib. Bu boru kəməri Bolqarıstanın qışda daxili qaz istehlakının 50 %-dən çoxunu, yayda isə 80 %-ə qədərini əhatə edir.ICGB borunun tutumunu 5 milyard kubmetrə çatdırmaq üçün bazarın maraqlarını qiymətləndirərək genişləndirmə prosesini həyata keçirir. Bu, daha böyük həcmdə təbii qazın ötürülməsini təmin edəcək, Bolqarıstan və Yunanıstanın üçüncü ölkələrə tranzit rolunu gücləndirəcək. IGB-nin tutumunun genişləndirilməsi üçün məcburi mərhələyə də başlanılır və bütün maraqlı tərəflərin bu ilin iyunun 24-dək qeydiyyat sənədlərini, iyulun 2-12-dək isə məcburi mərhələ ilə bağlı təkliflərini təqdim etməsi istənilir.Xatırladaq ki, Yunanıstan-Bolqarıstan qaz kəməri 2022-ci il oktyabrın əvvəlində kommersiya istismarına verilib. IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.Havar Şəfiyeva 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
2
elchi.az

3Mənbələr