AZ

“Narkomaniyaya birlikdə yox deyək” - FOTOLAR

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin birgə əməkdaşlığı çərçivəsində 26 iyun-Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar ictimai maarifləndirmə istiqamətində görülən işlərin təsirliyini artırmaq məqsədi ilə “Narkomaniyaya birlikdə yox deyək” adlı şüarın iyunun 20-dən etibarən (10 gün müddətində) Bakı şəhərinin 16 küçə və prospektindəki elektron informasiya terminallarında nümayişinə başlanılıb. Bu barədə Avtosfer.az-a komissiyanın işçi qrupundan məlumat verilib.

Birgə əməkdaşlıq çərçivəsində görülən işlərin davamlılığını təmin etmək məqsədilə sosial layihənin növbəti aylarda da müəyyən müddətdə nümayişi nəzərdə tutulur.

2 / 5

Seçilən
77
1
avtosfer.az

2Mənbələr