AZ

Müştəri supermarket işçisini döydü - VİDEO

Türkiyədə Sevgi H. naməlum səbəbdən şəhər mərkəzindəki şəbəkə marketin şöbəsində market işçisi Buse U.-ya hücum edib. 

News24.az xəbər verir ki, Sevgi H. saçları əlinə dolanan Buse U.-nu sürüyərək başını marketdəki dondurucuya bir neçə dəfə vurub.

Sevgi H. digər işçilərin xəbəri üzərinə hadisə yerinə gələn polis qrupları tərəfindən nəzarətə alınıb. Polis bölməsində ifadəsi alınan Sevgi H. prokurorluğun göstərişi ilə sərbəst buraxılarkən, Buse U.-nun səhhətinin yaxşı olduğu öyrənilib.

Digər tərəfdən hücum anı telefon kamerası ilə qeydə alınıb. 

Hadisə ilə bağlı istintaq davam edir.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
news24.az

2Mənbələr