AZ

"Qarabağ"da işləmiş mütəxəssis "Trabzonspor"a keçdi

Bir zamanlar "Qarabağ"da çalışmış Öndər Karavelinin yeni iş yeri müəyyənləşib.

Prosport.Az xəbər verir ki, 49 yaşlı mütəxəssis "Trabzonspor"da çalışacaq. Bu barədə yerli mətbuat məlumat yayıb. O, Super Liqa təmsilçisində baş məşqçi Abdullah Avcının köməkçisi olacaq.

Təcrübəli məşqçi son olaraq "Eskişehirspor"a rəhbərlik edib.

Qeyd edək ki, Öndər Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ"ın akademiyasında çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
1
prosport.az

2Mənbələr