AZ

Macarıstan Ukraynaya 6,5 milyard avronun ayrılmasına mane olacaq

Macarıstan Avropa Sülh Fondundan Ukraynaya 6,5 milyard avronun ayrılmasına mane olacaq.

Azpost.info xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“Bu gün mən açıq şəkildə bildirdim ki, Ukrayna hakimiyyəti Macarıstan şirkətlərinə qarşı diskriminasiyanı dayandırmayana qədər 6,5 milyard avro məbləğində vəsaitin ayrılmasından söhbət gedə bilməz” , – nazir qeyd edib.

O qeyd edib ki, Ukraynada Macarıstanın ən böyük əczaçılıq şirkəti “Gedeon Richter”i mühakimə etmək cəhdləri davam edir.

Nazirin sözlərinə görə, onlar şirkəti lisenziyalardan məhrum etmək, yəni Ukrayna bazarına çıxışını əngəlləmək istəyirlər.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
2
azpost.info

5Mənbələr