AZ

"Turan Tovuz"un müdafiəçisi Uruqvaya qarşı oynadı

Amerika Kubokunda ilk turun oyunları davam edir.

"Football-plus.az" xəbər verir ki, "Turan Tovuz"un müdafiəçisi Roderik Millerin formasını geyindiyi Panama millisi Uruqvayla qarşılaşıb. Matç ikincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Roderik Miller də görüşün iştirakçısı olub. 32 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Panama yığmasının qrupda digər rəqibləri ABŞ və Boliviyadı.

Seçilən
125
2
football-plus.az

3Mənbələr